Hörmətli müştəri,
Sizə göstərilən xidmətlər, Cəmiyyətimiz və ya hər hansı bir əməkdaşımız ilə bağlı şikayətiniz olarsa, bizə müraciət etməyinizi xahiş edirik.
Şikayətinizi təqdim edərkən müraciətin mahiyyəti və şikayətə səbəb olan hallar barədə məlumatları ətraflı qeyd etməyiniz xahiş olunur.
Müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ən geci 15 (on beş) iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Adınızdan digər şəxsin müraciət etməsini istəyirsinizsə, müraciətə həmin şəxsin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
Müraciətinizi yazılı və ya elektron qaydada bizə ünvanlaya bilərsiniz:
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 3
Tel: (012) 377 09 09 (Dax. 137)
Şikayətlərə baxılması üzrə məsul şəxs: Cavadova Lalə Zöhrab qızı
E-mail: [email protected]
Şikayətinizə baxılmasının nəticəsi ilə razılaşmadığınız halda Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167, AZ1029
Tel: (+994 12) 966 (Qaynar xətt)
(+994 12) 493 5058
Cəmiyyətin və ya Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabı Sizi qane etmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərsiniz.
Müraciət forması
Müraciətiniz qəbul olundu
Müraciətin nəticələri ilə razılaşmadığınız təqdirdə 966 “Qaynar xətt” vasitəsilə və ya rəsmi qaydada (yazılı (poçt, elektron müraciət, telegram və digər vasitələrdən istifadə edərək) olaraq) Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilərsiniz. Mərkəzi Bank və ya şirkətimizin cavabları sizi qane etməzsə, mediator və (və ya) məhkəməyə müraciət edə bilərsiniz.