A-Qroup Sığorta Şirkəti Sizə nəqliyyat vasitələrinin zədələnməsi və ya tam məhv olması üzrə könüllü KASKO Sığortası təklif edir.
Avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə etməklə gələcəkdə nəqliyyat vasitəsi ilə bağlı baş verə biləcək sığorta hadisələri nəticəsində meydana çıxan xərclərdən şirkətinizi qoruya bilərsiniz.
Kasko Sığortası istənilən növ nəqliyyat vasitəsini (minik və yük avtomobilləri, avtobus, kənd-təsərrüfatı texnikası və s.) qaçılmaz xərclərdən sığortalamağa imkan verəcək - belə ki, yol qəzası və digər sığorta hadisələri nəticəsində baş verə biləcək zərərə görə təmir və bərpa xərclərini ödəməkdə bizim şirkət sizə yardımçı olacaq:
• Avtonəqliyyat hadisəsi
• Atılmış və ya düşmüş əşya
• Üçüncü şəxsin qanunazidd hərəkəti
• Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
• Yanğın və partlayış
• Təbii fəlakət
• Heyvanların hərəkəti