Məsuliyyət sığortası

Şirkətinizi qorumaq bizim məqsədimizdir

Məsuliyyət sığortası

Şirkətinizin məsuliyyəti istənilən vaxt yarana bilər. Bu vəziyyətlərdə sizi qorumaq bizim mülki məsuliyyət müqavilələrimizin məqsədidir.

Siz aşağıdakı məsuliyyət sığortası növlərini bizdən əldə edə bilərsiniz:

Üçüncü Şəxslər Qarşısında Ümumi Mülki Məsuliyyətin Sığortası

Üçüncü Şəxslər Qarşısında Ümumi Mülki Məsuliyyətin Sığortası

  • Şirkətiniz öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutan sığorta növüdür.
Peşə məsuliyyətinin sığortası

Peşə məsuliyyətinin sığortası

  • Peşəkar bilik və təcrübə əsasında xidmət göstərən mütəxəssis təsadüfi səhvlərdən qorunmayıb. Etinasızlıq və ya diqqətsizlik nəticəsində üçüncü şəxslərə ziyan vurula bilər, bu zərərə görə Şirkətinizin məsuliyyəti yarana bilər və bunun nəticəsində üçüncü şəxsə dəymiş zərərin əvəzini kompensasiya etməli olacaqsınız. Peşə məsuliyyətinin sığortası Sizi belə xərclərindən qoruyur.

    Vacib məqam odur ki, sığorta müqaviləsi yalnız qəsd-qərəzsiz vurulan zərərlərə təminat verir.
    Ehtiyatsızlıq və ya səhv dedikdə bir mütəxəssisin öz işinə ehtiyatla və bacarıqla yanaşdığı, öhdəliklərini vicdanla yerinə yetirdiyi, lakin bilmədən etdiyi hərəkət və ya hərəkətsizliyin zərərə səbəb olduğu bir hal başa düşülür.

    Peşə məsuliyyətinin sığortası aşağıdakı peşələri əhatə edir:
    • mühasiblər
    • auditorlar
    • tibb işçiləri
    • qiymətləndiricilər
    • notariuslar
    • memarlar və s.
İşəgötürənin Məsuliyyətinin Sığortası

İşəgötürənin Məsuliyyətinin Sığortası

  • Əmək vəzifələrini yerinə yetirərkən Şirkətinizin işçilərinin həyatına, sağlamlığına və əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutan sığorta növüdür.

    Ödənilən xərclər:
    • İşçinin sağlamlığının bərpası ilə bağlı xərclər
    • Peşəkar əmək qabiliyyətini qismən və ya tam itirdiyi üçün işçinin itirdiyi qazanc
    • İşçi vəfat etdikdə onun himayəsində olan əmək qabiliyyətini itirmiş şəxslərin itirdiyi qazancın bir hissəsi
    • İşəğötürənin hüquqi müdafiəsi xərcləri

Müraciət forması

Müraciətiniz qəbul olundu
+994