Geri ödəniş üçün müraciət proseduru və orta referent qiymətlər

1. Şərtlər:

1.1. Qeyri-podratçı tibb müəsissələrinə (klinika/aptek) müraciət etmədən öncə Sığorta Şirkətinə bu barədə məlumat vermək zəruridir.
1.2. Qeyri-podratçı tibb müəsissələrinə (klinika/aptek) müraciət tarixindən 45 (təqvim) gün ərzində sənədlər toplusu Sığorta Şirkətinə tam şəkildə təqdim olunmalıdır.
1.3. Qeyri-podratçı tibb müəsissələrinə (klinika/aptek) müraciət sığorta dövrü ərzində həyata keçirilməlidir.

2. Sənəd toplusu:

2.1. Epikriz və ya tibbi sənəd - müraciət səbəbini, şikayətləri, xəstəliyin diaqnozunu özündə əks etdirən sənəd:
    • müayinə göndərişləri;
    • laborator və funksional müayinələrin nəticələri;
    • resept;
    • stomatoloji müalicə zamanı müalicədən əvvəl və sonra çəkilmiş rentgen müayinəsinin nəticəsi (hər müalicə olunan diş üçün). İmplantasiya əvvəl 3d tomoqrafiya və ya panoram rentgen, İmplantasiya zamanı istifadə olunmuş implantın, sümüyün və membranın pasportları

tibbi kart
Tibbi kart
Tibbi müəsissədən arayış
Tibbi müəsissədən arayış
Göndəriş
Göndəriş
Resept
Resept
rentgen
Rentgen

2.2. Maliyyə sənədi: faktura, kassa qəbzi əsli və ya mədaxil qəbzi əsli

kassa qəbzi
Kassa qəbzi
POS-terminal qəbz
POS-terminal qəbz
Mədaxil qəbz
Mədaxil qəbz

2.3. Şəxsiyyəti təsdiq edən sənəd:
    • sığorta olunanın şəxsiyyət vəsiqəsi;
    • xarici vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsi;
    • uşağın doğum haqqında şəhadətnaməsi

Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi
Doğum haqqında şəhadətnamə
Doğum haqqında şəhadətnamə

2.4. Etibarnamə (vəsaitin digər şəxsə köçürüləcəyi halda, sığortalı şəxsin vəsaiti alacaq şəxsə verdiyi notarial qaydada təsdiqlənmiş etibarnamə)

Etibarnamə
Etibarnamə

2.5. Geri ödəniş tələbi ərizəsi (ərizə forması ofisdə doldurula və ya çap edilib, doldurulduqdan sonra əsli ofisə təqdim edilməlidir)

2.6. Yetkinlik yaşına çatmayan şəxslər üçün əlavə olaraq:
    • valideynin razılıq ərizəsi (valideyinlərdən birinin hesabına vəsaitin köçürülməsi üçün digər valideyinin yazılı razılıq ərizəsi) əsli;
    • hər iki valideyinin şəxsiyyət vəsiqəsi

2.7. Bank hesabının rekvizitləri (hesabın aktiv və AZN əsaslı olması şərtdir)

Bank rekvizitləri
Bank rekvizitləri

*Qeyd: Geri ödəniş üçün tələb olunan sənədlər müraciət tarixindən etibarən 45 gün ərzində ofisə təqdim edilməlidir. Qəbzlərin və ərizənin əsli mütləq şəkildə ofisə çatdırılmalıdır.

3. Geri ödəniş üçün orta referent qiymətlər:

ətraflı ükləmələrdə
ətraflı ükləmələrdə  

 

ətraflı ükləmələrdə
ətraflı ükləmələrdə