Fərdi qəza sığortası

Fərdi qəza sığortasını əldə edin və özünüzü gözlənilməz xərclərdən qoruyun

Fərdi qəza sığortası

Fərdi sığorta seqmentində geniş yayılmış sığorta növlərindən biri Fərdi qəza sığortasıdır. Müştərilər özlərini və yaxınlarını ciddi risklərdən qorumaq üçün bu növü seçirlər, çünki bədbəxt hadisə nəticəsində xəsarət (və hətta əlillik) almaq, əmək qabiliyyətinin qismən və ya tam itirmək, həmçinin uzunmüddətli xəstəxanaya düşmək ehtimalı var. Bunlardan hər hansı biri qaçılmaz olaraq xərclərin artmasına və əmək gəlirinin azalmasına səbəb olur. Əgər ailə başçısı ilə bədbəxt hadisə baş verərsə, o zaman yaxınları da çətin vəziyyətdə qalacaqlar. Bədbəxt hadisələrdən sığortaya (Fərdi qəza sığortası) malik olmaq belə bir vəziyyətdən qaçmağa və özünüzü maliyyə itkilərindən qorumağa imkan verir.

Tibbi sığorta ilə Fərdi qəza sığortası arasındakı əsas fərq ondan ibarətdir ki, tibbi sığorta yalnız tibb müəssisəsində müalicə xərclərini qarşılayır. Fərdi qəza sığortası sizə daha geniş imkan verir: siz zədənin ağırlığına uyğun olaraq pul kompensasiyası alırsınız və bu puldan necə istifadə edilməsinə müstəqil qərar verə bilərsiniz.

Bu sığorta növü aşağıdakı riskləri əhatə edir:

  • Bədbəxt hadisə nəticəsində ölüm

  • Bədbəxt hadisə nəticəsində əlillik

  • Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsi

  • Bədbəxt hadisə nəticəsində çəkilən müalicə xərcləri

  • Bədbəxt hadisə nəticəsində sınıqlar

  • Bədbəxt hadisə nəticəsində yanıqlar

Müraciət forması

Müraciətiniz qəbul olundu
+994