Maliyyə savadlılığı layihələri çərçivəsində A-Qroup sığorta şirkəti Bakı şəh. 60 nömrəli məktəbin uşaqları üçün maraqlı bir tədbir keçirib. Uşaqlar büdcə planlaşdırılması, qənaət, düzgün xərcləmə və pulun idarə olunması, həmçinin maliyyə təhlükəsizliyi, dələduzluq və maliyyə savadlılığının artırılması kimi vacib mövzular haqqında məlumat ilə tanış oldular. "Qlobal Pul Həftəsi" layihəsinin bir hissəsi olaraq uşaqlar aktiv şəkildə suallar veriblər və yeni biliklər əldə etdilər.