Mobil tətbiqində SOS düyməsindən istifadə etməklə.Sığorta kartınızda qeyd olunan “Çağrı mərkəzi”-nin nömrəsi ilə əlaqə saxlamaqla. MediClub kilnikasına zəng etməklə (012 497 09 11).
Həkimə müraciət etmək üçün bir neçə üsul var: Mobil tətbiqimiz üzərindən “Sağlamlıq” bölməsində həkimi seçməklə “Qəbula yazıl” funksiyasından istifadə etməklə. Sığorta kartınızda qeyd olunan “Çağrı mərkəzi”-nin nömrəsi ilə əlaqə saxlamaqla.
Mobil tətbiqetmədə (hal hazırda olduğunuz yeri nəzərə alaraq, naviqator Sizə xəritədə ən yaxın klinika və apteki göstərəcək)
Bəli, sığorta şirkəti Azərbaycan regionlarında bir çox özəl klinikalar ilə çalışır. Onların siyahısını mobil tətbiqetmədə göstərilmişdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Sığorta Şirkəti dövlət qeydiyyatı olmayan dərman preparatlarını, həkim tərəfindən yazılmasına və apteklərdə azad satışda olmasına baxmayaraq, ödənişə qəbul edə bilməz.
Bəli, sığorta şirkəti Azərbaycan regionlarında bir çox özəl klinikalar ilə çalışır. Onların siyahısını mobil tətbiqetmədə göstərilmişdir.
Avtomobilin qeydiyyat şəhadətnaməsi, sığorta olunan şəxsin şəxsiyyət vəsiqəsi, avtomobil etibarnamə əsasında idarə olunursa müvafiq etibarnamə və sürücülük vəsiqəsi lazımdır.
Avtomobilinizi sığortalamaq üçün tələb olunan sənədləri email ([email protected]) vasitəsi ilə bizə göndərməyiniz kifayətdir. Müqavilə əməkdaşımız tərəfindən sizə çatdırılacaq. Şirkətimizin əməkdaşı öncə avtomobilə baxış keçirməlidir. Biz Sizə uyğun olan vaxt və yerə yaxınlaşacayıq. Baxış zamanı avtomobiliniz təmiz vəziyyətdə olmalıdır.
Bəli, sığorta haqqının məbləğindən asılı olaraq hər ay ödənilməsi şərtilə 4 hissəyə bölünə bilər.
Xeyr, sığorta haqqı dəyişməz qalır.
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilir. Avtomobilin sığorta olunan qismində göstərilməyən başqa şəxs tərəfindən idarə olunması halında baş verə biləcək sığorta hadisəsi sığorta təminatı ilə əhatə olunmur.
Hadisə baş verdikdə qəza yerində təhlükəsizliyinizi təmin etməyə çalışın. Dayanma işarəsini qoyun və qəza işıqlarını yandırın. Hadisə yerini tərk etmədən DYP-nə, eyni zamanda sığorta şirkətinə *0909 nömrəsi və ya “A-Qrup Mobile Concierge” mobil tətbiqinin SOS düyməsi vasitəsi ilə məlumat verin. Qəza komissarımız hadisə yerinə yaxınlaşaraq Sizə dəstək olacaqdır.
Avtomobilin qeydiyyat şəhadətnaməsi, hüquqi şəxsin VÖEN-i, avtomobil hüquqi şəxsin mülkiyyətində deyilsə idarə olunmasına hüquq verən sənəd (icarə müqaviləsi və s.)
Avtomobilinizi sığortalamaq üçün tələb olunan sənədləri email ([email protected]) vasitəsi ilə bizə göndərməyiniz kifayətdir. Müqavilə əməkdaşımız tərəfindən şirkətinizə çatdırılacaq.
Bəli, sığorta haqqı məbləğdən asılı olaraq hər ay ödənilməsi şərtilə 4 hissəyə bölünə bilər.
Xeyr, sığorta haqqı dəyişməz qalır.
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilir. Avtomobilin sığorta olunan qismində göstərilməyən başqa şəxs tərəfindən idarə olunması halında baş verə biləcək sığorta hadisəsi sığorta təminatı ilə əhatə olunmur.
Hadisə baş verdikdə qəza yerində təhlükəsizliyinizi təmin etməyə çalışın. Dayanma işarəsini qoyun və qəza işıqlarını yandırın. Hadisə yerini tərk etmədən DYP-nə, eyni zamanda sığorta şirkətinə *0909 nömrəsi ilə məlumat verin. Qəza komissarımız hadisə yerinə yaxınlaşaraq Sizə dəstək olacaqdır.
Müqavilənin hazırlanması üçün xarici pasportunuzun bizə emailə ([email protected]) göndərilməsi lazımdır. Əlavə olaraq səfər tarixi və səfər etdiyiniz ölkəni (tranzit ölkə qeyd edilməklə) bildirməyiniz lazımdır. Səfərə hazırlaşarkən pasportunuzun və sığorta müqavilənizin surətlərini çıxarın. Bu həm kağız, həm də elektron versiyada ola bilər. Surətləri orijinal sənədlərdən ayrı saxlayın. Bu orijinalların itirilməsi halında itirilmiş sənədlərdə qeyd olunan məlumatların əldə edilməsini asanlaşdıra bilər.
Sığorta şirkətinə səfər edilən ölkələr, xüsusi ilə də tranzit ölkələri bildirilməlidir və sığorta təminatına daxil edilməlidir ki, bütün səfər zamanı sığortalı olasınız.
Tibbi xidmətlərin dəyəri yüksək olan ölkələrə səfər etdiyiniz zaman daha yüksək sığorta məbləği seçmək tövsiyə edirik.
Vizanın əldə edilməsi üçün tələb olunan minimal sığorta məbləğini nəzərə alıb müvafiq sığorta təminatını əldə edin.
Əgər müəyyən bir müddət ərzində çoxsaylı xarici səfərləri planlaşdırırsınızsa, rahatlığınız və qənaətiniz üçün çoxsaylı səfərlərə təminat verən sığorta müqaviləsini əldə etməyi tövsiyə edirik
Əmlak sığortası — mənzil, fərdi yaşayış evi və onların içindəki əşyaların yanğın, daxili su (subasma), təbii fəlakətlər, oğurluq, üçüncü şəxslərin qərəzli hərəkətləri və digər risklərdən qorunması üçün nəzərdə tutulmuş könüllü sığorta növüdür.
Əmlak sığortası aşağıdakıları əhatə edir: • Daşınmaz əmlak: mənzil, fərdi yaşayış evi və s. • Daşınar əmlak: mebel, məişət texnikası, elektronika və digər ev əşyaları
•Fərdi yaşayış evləri üçün — tikinti dəyəri əsasında • Mənzil və əşyalar üçün — bazar dəyəri əsasında
Sığorta haqqı aşağıdakı amillərdən asılıdır: • Əmlakın bazar dəyəri • Əmlakın yerləşdiyi ərazi • Binanın tikinti növü, tikinti ili və texniki vəziyyəti • Seçilmiş sığorta riskləri • Keçmiş zərərlərin tarixçəsi (əgər varsa)
Sığorta müqaviləsini bağlamaq üçün: • Şirkət ofisinə yaxınlaşa bilərsiniz • Və ya e-mail vasitəsilə müraciət edin: [email protected] Əmlakla bağlı sənədlər və fotoşəkillər təqdim edilməli, həmçinin əmlaka yerində baxış üçün şərait yaradılmalıdır.
1. Dərhal “A-Qroup Sığorta Şirkəti” ilə əlaqə saxlayın: 📞 *0909 2. Hadisə barədə FHN, polis və digər aidiyyəti qurumlara məlumat verin 3. Foto və video sübutlar, eləcə də sənədləri təqdim etməyə hazır olun
Bütün tələb olunan sənədlər təqdim edildikdən sonra, 7 iş günü ərzində sığorta ödənişi həyata keçirilir. Müddət, sənədlərin sonuncusunun təqdim olunduğu tarixdən hesablanır.
Bəli. İpoteka ilə alınmış və ya banka girov qoyulmuş əmlak da sığortalanır. Bu halda müvafiq bank və ya kredit təşkilatı sığorta müqaviləsində qeyd olunur.