Şirkət haqqında

1995-ci ildə yaradılan “A-Qroup Sığorta Şirkəti” uzun illərdir ki, Azərbaycanda könüllü tibbi sığorta bazarında liderliyini qoruyub saxlayır, etibarlı və sabit şirkət kimi reputasiyaya malikdir. 17 sığorta növləri üzrə xidmət göstərir.

A-Qroup özünü gələcəyə baxan, müştərisini başa düşən və ən yaxşı həlli təklif edən müasir bir şirkət kimi təsdiq etmişdir. A-Qroup komandası müştərilərin istəklərini həyata keçirmək, o cümlədən Sığortalının istənilən məsələsini operativ həll etmək, onun hüquqlarını müdafiə etmək, sığorta qanunvericiliyində dəyişikliklərə dərhal reaksiya vermək və yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək iqtidarındadır.

29 ildir ki, öz Sığortalıların qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı xidmət göstərən A-Qroup-un bütün fəaliyyətinin mərkəzində hər zaman müştərilərin maraqları dayanıb.

A-Qroup əmindir ki, yüksək keyfiyyətli xidmət, həssaslıq və diqqət göstərməklə öz xidmətlərindən istifadə etmək üçün rahat mühit yaradır.

A-Qroup müntəzəm olaraq Sığortalının məmnunluq səviyyəsini ölçür və əldə edilən məlumatlar A-Qroup-un xidmətlərini ən yüksək səviyyədə saxlamaq üçün bütün səyləri cəmləşdirməyə imkan verir.

Tibbi yardımın yüksək səviyyədə təmin edilməsi üçün xüsusi proqram təminatı hazırlanmışdır. Müasir avadanlıqlara keçid və ən müasir proqram təminatının quraşdırılması, çoxkanallı (SİP) telefoniyaya qoşulması ilə əlaqə mərkəzinin işi köklü surətdə təkmilləşdirilmişdir.

On minlərlə müştəri A-Qroup-a daşınmaz əmlakını, avtomobillərini, ən əsası isə sağlamlığını etibar edir! Məhz Sığorta olunanın sağlamlığının qorunması, hərtərəfli tibbi yardımın təşkili 29 ildir ki, A-Qroup-un prioritet istiqaməti olub və olaraq qalır.

A-Qroup-un əməkdaşlıq etdiyi partnyor tibb müəssisələrinin siyahısına Azərbaycanda fəaliyyət göstərən 100-dən çox aparıcı klinika, 40 aptek və 20 optika və ən əsası ən yüksək reputasiyaya malik MediClub klinikalar şəbəkəsi daxildir. Öz növbəsində, MediClub klinikaları A-Qroup-un müştərilərinə bütün xidmətləri üçün eksklüziv hüquqlar təqdim edir.

A-Qroup ISO 9001:2015 keyfiyyət standartlarına uyğun fəaliyyət göstərir. Bundan əlavə, A-Qroup korporativ idarəetmə pilot proqramında iştirak etmək üçün IFC (Beynəlxalq Maliyyə Korporasiyası) tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

BP, digər Azərbaycan və beynəlxalq neft şirkətləri, Azərbaycan Beynəlxalq Bankı, Holcim, TOTAL E&P kimi şirkətlər, Azərbaycanda fəaliyyət göstərən 25 xarici dövlət səfirliyi və digər təşkilatlar öz işçilərinin və onların ailə üzvlərinin sağlamlığını A-Qroup sığorta şirkətinə həvalə ediblər.

A-Qroup müştərilərini sevən, onların hər birinə qayğı göstərən və onlara beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı xidmət göstərən şirkətdir.