A-Qroup sığorta şirkətinə aşağıdakı yollarla müraciət edə bilərsiniz: • A-Qroup sığorta şirkətinin rəsmi saytında elektron formada müraciəti göndərə bilərsiniz • Müştəri münasibətləri şöbəsinin rəsmi elektron poçtuna müraciəti göndərə bilərsiniz: [email protected] • A-Qroup sığorta şirkəti ilə əlaqə saxlıya bilərsiniz: *0909 • A-Qroup sığorta şirkətinin ofisində ! Pandemiya səbəbi ilə bağlı məhdudlaşdırıcı tədbirlər nəticəsində video zəng vasitəsilə A-Qroup sığorta şirkətinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkündür. Bu xidmət Sığortalının şirkətin məsul şəxsləri ilə birbaşa ünsiyyət təmin edəcək və suallara cavab almaq imkanı yaradacaqdır. Bunu etmək üçün, əvvəlcədən A-Qroup Sığorta ilə telefonla əlaqə saxlamaq: * 0909 / (+994 12) 377-09-09 və ya [email protected] ünvanına e-mail göndərərək video görüşün tarixi və saatını razılaşdırmaq lazımdır. A-Qroup hər zaman Sığortalıya hər hansı bir müraciətlə kömək etməyə hazırdır.